HAQQIMIZDA

Agrarco MMC yüksək keyfiyyətli fındıq  və təravətli yaş meyvələrin istehsalı və ixracı ilə məşğul olan üfüqi inteqrasiya olunmuş kənd təsərrüfatı şirkətidir.

 

2017-ci ilin mart ayında, uzun illər fəaliyyət göstərmiş 3 kənd təsərrüfatı şirkətinin birləşməsi nəticəsində yaradılmış Cəmiyyətimiz, əvəzolunmaz təcrübə və mükəmməl innovativ yanaşma tətbiq etməklə davamlı kənd təsərrüfatı biznesi formalaşdırır.

Bizim meyvə tədarükümüzün zəncirində, becərmə, emal, qablaşdırma və təchizat əsas yer tutur.

 
Missiya və Vizyon

Beynəlxalq səviyyəli müştəri xidmətimizi saxlamaqla, fəaliyyətinin bütün mərhələləri şəffaf izlənilə bilən, şaquli inteqrasiya olunmuş bir şirkətə çevrilmək təqib etdiyimiz missiyadır.

Dünyanın hər bir nöqtəsində, Vətənimizin yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz meyvələrinin dadından insanların həzz alması amalımızdır.

   Fındıq Bağları

Biz hal-hazırda 1300 ha fındıq bağına sahibik. 5000 hektarlıq strateji hədəfə yetişmək üçün torpaq, iqlim və ətraf mühit göstəriciləri hərtərəfli tədqiq edildikdən sonra, əlavə 2500 hektar torpaq sahəsi 49 il müddətində icarəyə götürülmüşdür. 2500 hektarlıq yeni ərazilərdə, fındıq bağları tədricən inkişaf etdiriləcək və 2020-ci ilin payızından başlayaraq ildə 300-500 hektar fındıq bağları salınacaq.

Yeni bağları sağlam, yerli mühitə uyğunlaşdırılmış fidanlarla təmin etmək və ting idxalından asılılığı aradan qaldırmaq məqsədi ilə, Agrarco 2018-ci ildə 20 hektar ərazidə ilk tinglik sahəsini yaratdı.

Daha 1 milyon ting əldə etmək məqsədi ilə, 2020-ci ildə əlavə 50 ha ərazidə yerli ata-baba növünün tingliyi yaradılıb.

1/12
1/22
Təzə Meyvə Bağları

Şirkətimiz 300 hektara yaxın təzə meyvə bağına sahibdir. Strateji hədəf - 1000 hektar intensiv  meyvə bağlardır və hər il 200 hektar bağın salınması planlaşdırılır. Bağların inkişafı üzrə texniki və məsləhət xidmətləri məşhur Fransa şirkəti “Eco Fruit Conseil” tərəfindən təmin edilir.

 

Yetişdirmədən emala, qablaşdırmadan  çatdırılmayadək bütün xidmətləri təqdim edirik. Meyvələr əsasən ixrac olunur, lakin onların bir hissəsi daxili bazarda da satılır.

İnteqrə olunmuş
Şimal-qərb Mərkəzi*

Şimal-qərb Mərkəzi Azərbaycanın Zaqatala rayonunda yerləşir və aşağıdakı strukturların vəhdətindən ibarətdir:

  • Tamamilə avtomatlaşdırılmış dünya səviyyəli fındıq emalı zavodu

  • Atmosfer nəzarətli soyuducu anbarlar, ekspeditor xidməti və gömrük rəsmiləşdirməsini özündə birləşdirən logistik mərkəz

  • Beynəlxalq akkreditə olunmuş keyfiyyətə nəzarət və zəmanət laboratoriyası

  • Regional resurs və təlim mərkəzi

  • Rahat qonaq evi

*Açılış 2020-ci ilin sonuna planlaşdırılır

1/3
1/4
İnteqrə olunmuş Şimal Mərkəzi*

Qusar rayonunda yerləşən Şimal Mərkəzi aşağıdakı strukturları özündə birləşdirir:

  • 10000 tonluq atmosfer nəzarət sistemli soyuducu anbar kompleksi. 5000 tonluq soyuducu anbarın tikintisi yekunlaşma üzərədir

  • Tam avtomatlaşdırılmış çeşidləmə və kalibrləmə xətləri

  • Ekspeditor və gömrük rəsmiləşdirməsi xidmətlərini özündə birləşdirən logistik mərkəz

  • Regional resurs və təlim mərkəzi

  • Rahat qonaq evi

*Açılış 2020-ci ilin sonuna planlaşdırılır

İstehsal prosesi və ixrac

Meyvələrimiz Avropanın aparıcı avadanlıq istehsalçılarının yüksək texnoloji həlləri vasitəsi ilə çeşidlənir, qurudulur, kalibrlənir və qablaşdırılır.

 

Yaş meyvələr -2/+ 5 hərarətli, atmosfer nəzarətli soyuducu kameralarda 90-95%-lik nisbi rütubətdə saxlanılır və satışdan öncə şanəli kağız qutulara qablaşdırılaraq müştəriyə təhvil verilir.

 

Fındıq müştərinin istəyindən asılı olaraq cut və iri kisələrə, vakum və kağız paketlərə qablaşdırılaraq, 60-65%-lik rütubətdə və +18 dərəcədə saxlanılır. Lakin, atmosfer nəzarətli soyuducu anbarlarımız yaxın zamanlarda işə salındıqdan sonra, saxlama şəraiti ± 5 hərarətində olacaq.

Nəqliyyat (quru, hava, dəniz, dəmir yolu) və çatdırılma (İncoterms) şərtləri müştərinin tələbi ilə razılaşdırıla bilər.

Məhsullarımız "Aqrovest" ticarət nişanı ilə ixrac olunur. Fındıq ixracına dair ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd olunan sayta daxil olmanız rica olunur:

www.aqrovest.az

Qlobal Bazar

Məhsullarımızın əsas hissəsi Almaniya, Fransa, İtaliya, İsveçrə, Belçika və Rusiyaya ixrac olunur.

 
PARTNYORLARIMIZ
logo_white NO ART.png

Port Baku Qüllələri - Cənub qülləsi

13-cü mərtəbə

Neftçilər Prospekti 153

AZ1005 Bakı, Azərbaycan

Tel: (+994 12) 310 02 51

Fax: (+994 12) 310 03 51

Menyu
Faydalı linklər
Müəllif hüquqları © 2020 Agrarco MMC
  • LinkedIn
  • Facebook
  • Instagram
  • Twitter