Agrarco və Plagen arasında yaşıl metanol istehsalı üzrə anlaşma memorandumu imzalandı
- nurlanaalizada
- Nov 15, 2024
- 1 min read
Bu gün COP29 çərçivəsində Agrarco və PLAGEN şirkətləri arasında yaşıl metanol istehsalı üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.

Tərəfdaşlığın əsas məqsədi kənd təsərrüfatı tullantılarından yaşıl metanol istehsalında sosial-iqtisadi inkişaf imkanlarını maksimuma çatdırmaq və PLAGEN-in tullantılardan qaz istehsal olunması texnologiyasının tətbiqi vasitəsilə və biokütlə tullantılarının utilizasiyası üçün həll yolu kimi istixana qazı emissiyalarının azaldılmasına töhfə verməkdir.

Tərəflər Koreya və Azərbaycanda bu texnologiyaların davamlı şəkildə tətbiqini təmin etmək məqsədilə birgə çalışmaq üçün öz güclü tərəflərini, şəbəkələrini, təcrübələrini, bacarıqlarını, texnologiyalarını, metodologiyalarını və insan resurslarını bölüşəcəklər.




Comments